...

Vişeqrad qrupu ölkələrində azərbaycanlı tələbələrin sayı artır

Cəmiyyət Materials 22 İyun 2023 13:10 (UTC +04:00)
Vişeqrad qrupu ölkələrində azərbaycanlı tələbələrin sayı artır
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Vişeqrad qrupu ölkələrində (Çexiya, Macarıstan, Polşa və Slovakiya) təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqda davam edir.

Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən “Vişeqrad qrupu ölkələri və Azərbaycan” mövzusunda keçirilən beynəlxalq seminarın açılışında deyib.

"Vişeqrad qrupu ölkələrində təhsil alan azərbaycanlı tələbələrin sayı artır. Xüsusən Polşa və Çexiyada Azərbaycandan olan tələblərin sayında artım müşahidə olunur", - F.Şəfiyev deyib.

O, həmçinin, Azərbaycanın Vişeqrad qrupunun bütün ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərini qurduğunu qeyd edib.

Onun sözlərinə görə, Şərqi Avropa və Cənubi Qafqaz arasında tarixən möhkəm əlaqələr mövcud olub. F.Şəfiyev Azərbaycanla Slovakiya arasında həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyini önə çəkib: "İki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün növbəti addım Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarıdır", deyə F.Şəfiyev əlavə edib.

Qeyd edək ki, seminar Rusiya-Ukrayna müharibəsinin fonunda yaranmış enerji böhranı ilə bağlı problemlərə və onların həlli yollarına həsr olunub. Tədbirdə həmçinin gələcək texnoloji transformasiyanın Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün çağırışları müzakirə olunacaq.

Seminarda Azərbaycan, Slovakiya, Polşa və Macarıstandan ekspert və rəsmilər, diplomatik korpus nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti