...

AzTV əməkdaşlarının Fransada təzyiq və hədələrlə üzləşməsi media azadlığına təhdiddir - Audiovizual Şura

Cəmiyyət Materials 29 İyun 2023 20:21 (UTC +04:00)
AzTV əməkdaşlarının Fransada təzyiq və hədələrlə üzləşməsi media azadlığına təhdiddir - Audiovizual Şura

Bakı. Trend:

Azərbaycan Respublikası Audiovizual Şurası Fransada peşə borclarını yetirən AzTV televiziya kanalının əməkdaşlarına olunmuş təzyiq və hədələri qətiyyətlə pisləyir, bu faktı söz və media azadlığına təhdid kimi qiymətləndirir.

Trend-in məlumatına görə, bu barədə Şuranın bəyanatında qeyd olunur.

“Məlum olduğu kimi, 28 iyun 2023-cü il tarixdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin müxbiri və operatoruna Fransada reportaj hazırlayarkən hücum olunub, onlara yüngül bədən xəsarətləri yetirilib, kameraları əllərindən alınıb və hədə-qorxuya məruz qalıblar. Audiovizual media sahəsi üzrə tənzimləyici qurum olan Azərbaycan Respublikası Audiovizual Şurası Fransanın müvafiq orqanlarını, habelə beynəlxalq media və jurnalist hüquqları üzrə təşkilatları baş vermiş insidentə hüquqi qiymət verməyə çağırır, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün yerli hüquq-mühafizə orqanlarından bütün zəruri tədbirləri həyata keçirməyi tələb edir”, - bəyanatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti