...

Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 4 İyul 2023 10:48 (UTC +04:00)
Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, daxili işlər naziri Vilayət Eyvazov, ədliyyə naziri Fikrət Məmmədov, Ombudsman Səbinə Əliyeva, Baş prokuror Kamran Əliyev, Milli Məclis sədrinin I müavini Əli Hüseynli, xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri, hakimlər iştirak edirlər.

Toplantıda Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar”, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliyi”, Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi, məhkəmə islahatları və konstitusiya dəyişikləri fonunda - əldə edilmiş nəticə” mövsununda çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti