Bakı.Trend:
Sertfikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027- ci illəri əhatə edəcək.
Trend xəbər verir ki, bunu bu gün "Sertikatlaşdırma: Peşəkar müəllim- keyfiyyətli təhsil" tədbirində Təhsil Naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaqdır.
“İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırmaya cəlb olunub. Yüksək nəticə göstərənlər 10 %, olub”, - deyə nazir qeyd edib.