...

Anadolu Agentliyi tərəfindən televiziya jurnalistləri üçün "Hərbi jurnalistika" mövzusunda təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2023 14:40 (UTC +04:00)
Anadolu Agentliyi tərəfindən televiziya jurnalistləri üçün "Hərbi jurnalistika" mövzusunda təlim keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa Qlobal Media Forumu çərçivəsində Anadolu Agentliyi tərəfindən jurnalistlər üçün "Hərbi jurnalistika" mövzusunda təlim keçirilib.

Trend xəbər verir ki, Anadolu Agentliyi Akademiyasının müdiri Cahangir İşbilir vəzifə borcunu yerinə yetirən jurnalistlərin müdafiəsi ilə bağlı təcrübələrindən danışıb.

Cahangir İşbilir qeyd edib ki, hərbi jurnalistika ilə məşğul olan müxbir informasiyanı hazırlamaqla yanaşı özünümüdafiəni də yaxşı bilməlidir.

Akademiya rəhbəri hadisə zamanı ilkin tibbi yardım, sürətli avtomobil idarəetmə, bir sıra çevik fiziki hərəkətlər, qaz maskalarından istifadə, partlayışlar zamanı edilməli olan hərəkətlər barədə məlumat verib:

"Olduğunuz ərazilərin dilini, xəritələrini, mədəniyyətini də bilmək şərtdir. İlkin tibbi yardım sizə xəsarətlər zamanı lazım olar bilər. Ancaq psixoloji cəhətdən güclü olmaq da mühüm rol oynayır".

Cahangir İşbilir jurnalistlərə öz tövsiyələr verib.

"Kiber texbologiyalar, uzaqdan idarəedilən silahlara bələd olmaq hər hansı hadisə zamanı atılacaq səhv addımların qarşısını almağa kömək edə bilər. Bu səbəbdən jurnalistlər gedəcəkləri yerlər barədə dolğun məlumatlar, istifadə olunan silahlaradək məlumatlı olmalıdır" - deyə akademiya rəhbəri qeyd edib.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti