Bakı. Trend:
Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Trend-ə bildirilib ki, 41 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, iyulun 31-i saat 11:00-dək bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi aparılacaq.
Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.
Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Xatırladaq ki, iyulun 11-dən 15-dək keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində 47 min 586 namizəd iştirak edib.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 min 724, müddətli əsaslarla isə 11 min 854 nəfər işə qəbul olunub.