Bakı. Trend:
Sumqayıt sərnişin stansiyasına elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb.
Trend xəbər verir ki, məsələ barədə "Azərbaycan Dəmiryolları" açıqlama yayıb.
Bildirilib ki, Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik bu gün səhər saat 07.20- 07.40 arası kəsilib:
"Bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranıb və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdan kənar təmin edilib".
Qeyd edilib ki, hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətini qrafik üzrə davam etdirir.