...

Sabah 42 dərəcə isti olacaq

Cəmiyyət Materials 7 Avqust 2023 12:58 (UTC +04:00)
Sabah 42 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava müşahidə olunacaq.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 33-38° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti