Bakı. Trend:
Bakıda maşından mobil telefon oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 2-də S.Vurğun küçəsində “Daewoo” markalı bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.