...

Temperatur 44 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 10 Avqust 2023 12:17 (UTC +04:00)
Temperatur 44 dərəcəyə yüksələcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisində sabaha gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 35-39, bəzi yerlərdə 41-42 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-44, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti