...

Bakıda avtomobillərdən oğurluq edildi

Cəmiyyət Materials 11 Avqust 2023 13:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobillərdən oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 3 avtomobildən 2000 manat dəyərində ehtiyat hissələri və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elşən Günəşov və Şirvan şəhər sakini Daşqın Mütəllimov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti