...

Azərbaycanda əhalinin sayı açıqlandı

Cəmiyyət Materials 14 Avqust 2023 15:21 (UTC +04:00)
Azərbaycanda əhalinin sayı açıqlandı

Bakı. Trend:

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il iyul ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 151 517 nəfər təşkil edib.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, əhalinin ümumi sayının 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti