Bakı. Trend:
Daim müştəri rahatlığını üstün tutan Yelo Bank növbəti yeniliyini təqdim edir. Belə ki, Bankın mobil tətbiqində artıq “ASAN pay” xidməti aktivdir. Bununla da bütün “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqəsi, xarici pasport, miqrasiya sənədinin yenilənməsi/alınması üzrə ödənişləri rahatlıqla Yelo App-dən həyata keçirmək mümkündür. Yenilikdən necə faydalanmaq olar?
· “ASAN xidmət” operatorunun qarşısında yerləşdirilən QR kodu Yelo App-də QR oxuducu vasitəsilə skan edirsiniz;
· Ödəniş haqqında məlumatlar Yelo App-də dərhal əks olunur (xidmətin növü, məbləği);
· Ödəniş etmək istədiyiniz Yelo kartınızı seçərək, ödənişi tamamlayırsınız.
Beləliklə növbə gözləmədən, mərtəbə dəyişmədən, sadəcə bir neçə toxunuşla ödəniş edib, vaxt itkisindən azad olursunuz. Hazırda Yelo App-də bu xidmətdən Yelo Bank-da cari hesabı və ya kartı olan bütün fiziki şəxslər faydalana bilərlər.
Bununla yanaşı, Yelo App vasitəsilə bir sıra bank
əməliyyatlarını filiala gəlmədən icra etmək mümkündür. Günün
istənilən vaxtı tam onlayn kredit, kart sifariş edə, hesablar, xərc
və gəlirlərə nəzarət edə, cashback bonuslarını izləyə və hesaba
köçürə bilərsiniz. Elə indi smartfonunuza Yelo App yükləyin və
parlaq bank təcrübəsindən zövq alın: https://bit.ly/ylmbltb
Depozit
kalkulyatoru haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!