...

Füzuli şəhərinə köçürülən sakinlər 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar

Cəmiyyət Materials 18 Avqust 2023 18:36 (UTC +04:00)

Bakı. Trend:

İşğaldan azad olunmuş rayonlara köçürülən sakinlərin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibbi müayinələri aparılır.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, müayinələr “Böyük Qayıdış” layihəsi çərçivəsində və icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla həyata keçirilib.

Bu gün tibbi müayinədən keçən 23 ailədən olan 90 nəfər Qaradağ rayonunun Qobu park ərazisindən TƏBİB-in 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşlarının müşayiəti ilə Füzuliyə yola salınıb.

Bundan başqa, Füzuli şəhərinə köçürülən sakinlər Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti