...

Audiovizual Şura yeni qərar qəbul etdi

Cəmiyyət Materials 25 Avqust 2023 17:24 (UTC +04:00)
Audiovizual Şura yeni qərar qəbul etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

25 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanallarının multipleks operatorlarının istifadəsinə verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların təkliflərini araşdıran komissiyanın yekun rəyinə baxılıb.

Bu barədə Trend-ə Audiovizual Şuradan məlumat verilib.

"İddiaçıların sənədlərini və təkliflərini, habelə iddiaçıların hazırda fəaliyyət göstərmələrini nəzərə alaraq onların xidmət spesifikliyini müzakirə edən Şura üzvləri "ATV Plus" MMC-nin təklifini daha məqbul hesab ediblər.

Şuranın müvafiq qərarı ilə "ATV Plus" MMC (operatorun xidmət adı: "ATV Plus") müsabiqənin qalibi elan olunmuş və Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları retranslyasiya xidməti göstərmək üçün onun istifadəsinə ayrılıb.

İstifadəsinə ayrılmış TV yayım kanalları ilə "ATV Plus" abunəçilərə daha keyfiyyətli (HD formatlı) və daha çox sayda xarici televiziya kanalının retranslyasiya xidmətini həyata keçirə biləcəkdir", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti