Bakı. Trend:
Azərbaycan gimnast Nikita Simonov Mersin şəhərində (Türkiyə) keçirilən "Challenge" seriyası idman gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.
Trend xəbər verir ki, gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqa hərəkətləri üzrə Dünya Kubokunda birinci yerə layiq görülüb.
Sentyabrın 1-3-də Mersində “Challenge” seriyası idman gimnastika üzrə Dünya Kuboku keçirilib.