...

Qənirə Paşayevadan XƏBƏR VAR - Həkim AÇIQLADI (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Sentyabr 2023 10:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

Baş həkim Trend-ə açıqlamasında bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır.

“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”, - deyə K.Musayev qeyd edib.

xxx

10:34

Millət vəkili Qənirə Paşayevanın səhhətində müsbətə doğru hər hansı bir irəliləyiş yoxdur.

Bu barədə Trend-ə xanım millət vəkilinin yaxınları bildirib. Son məlumata görə, Q.Paşayevanın sağlıq vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva ötən gün komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Hazırda orada müalicəsi davam etdirilir.

Deputatın dərmandan komaya düşdüyü bildirilir.

Xəbər lenti

Xəbər lenti