...

Naxçıvanda daha bir məmur işdən çıxarıldı

Cəmiyyət Materials 28 Sentyabr 2023 09:51 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Culfa Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov əmr imzalayıb.

Belə ki, əmrlə Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, bundan əvvəl Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti