Bakı. Trend:
Qısa zaman ərzində suallara cavab tapmağı sevən Bank əməkdaşları
bu dəfə bacarıqlarını intellektual oyunda nümayiş etdiriblər.
"Yeloqika Pro" adlanan yarış "Nə? Harada? Nə zaman?" formatında baş
tutub. Həyəcanverici oyunda 150-ə yaxın iştirakçı, 24 komandanın
heyətində mübarizə aparıb. 3 tur və 36 sualdan ibarət yarışda
əməkdaşlar öz bilik və intellektual bacarıqlarına əsasən güclərini
sınayıblar. Gərgin zəka mübarizəsindən sonra ən çox suala düzgün
cavab verən "Marketinq" komandası yarışı qələbə ilə bitirib. İlk üç
yerin sahiblərinə kubok, medallar və sertifikatlar təqdim
olunub.
Qeyd edək ki, Yelo Bank əməkdaşlarının asudə vaxtlarını əyləncəli
və səmərəli keçirmələri üçün müxtəlif layihələrə imza atır. Bir
müddət əvvəl isə Bankda daxili futbol çempionatı, istedadlar
müsabiqəsi və müxtəlif komanda quruculuğu tədbirləri həyata
keçirilmişdi.
Yelo Bank bundan sonra da əməkdaşlarına pozitiv iş mühiti yaratmaq
üçün faydalı və maraqlı layihələr həyata keçirməyə davam edəcək.
Əgər siz də Yelo komandasının bir üzvü olub, parlaq karyera qurmaq
arzusundasınızsa, Bankdakı vakansiyalara göz gəzdirin: bit.ly/bank-vakansiya
Yelo Bank
vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!