...

Füzulidə inşa edilən idman kompleksinin ümumi sahəsi 17 hektar olacaq (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2023 16:03 (UTC +04:00)
Füzulidə inşa edilən idman kompleksinin ümumi sahəsi 17 hektar olacaq (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev deyib.

Bildirilib ki, kompleksdə 100 yerlik tamaşaçı tribunası olan üzgüçülük zalı, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq:

"Binada inzibati otaqlar, kafe, anbar və digər texniki sahələr də nəzərdə tutulub. Burada, həmçinin sauna və masaj otaqları, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar olacaq. Plana əsasən, kopmleks ərazisində süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina da yaradılacaq".

Qeyd edək ki, Füzuli rayonuna təşkil olunan “Prezidentin izi ilə” media tur başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti