...

Keçən il Azərbaycanda təhsildən yayınma hallarının sayı açıqlandı

Cəmiyyət Materials 25 Oktyabr 2023 11:26 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 12 iqtisadi rayonu üzrə 605 təhsildən yayınma halı olub.

Trend xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.

Qeyd edilib ki, Bakı şəhərinin 12 rayonu üzrə 29 təhsildən yayınma halı qeydə alınıb – Nəsimi rayonu üzrə 8 nəfər (6 oğlan, 2 qız), Pirallahı rayonu üzrə 21 nəfər (12 oğlan, 9 qız).

Azərbaycanın 12 iqtisadi rayonu üzrə 605 təhsildən yayınma halı diqqət mərkəzində olub. Bu rayonlar arasında cənub bölgəsinin məktəblərində təhsil davamiyyəti aşağı olub. Belə ki, Lənkəran-Astara iqtisadi rayonu üzrə 141 nəfər (54 qız, 87 oğlan) təhsildən yayınıb.

Xəbər lenti

Xəbər lenti