...

Laçının 70 sakini doğma yurda qayıdır (FOTO/VİDEO)

Cəmiyyət Materials 30 Oktyabr 2023 07:04 (UTC +04:00)
Laçının 70 sakini doğma yurda qayıdır (FOTO/VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Trend xəbər verir ki, oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə -70 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Beləliklə, 30.10.2023-cü il tarixindəki köç də nəzərə alınmaqla Laçın şəhərində 315 ailə (1205 nəfər) daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti