...

Bakı sakini atasından qalan ov tüfəngi ilə polis bölməsinə yaxınlaşdı

Cəmiyyət Materials 4 Noyabr 2023 10:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN-dən Trend-ə verilən məlumata görə, Xətai RPİ-nin 35-ci PB-nə müraciət edən paytaxt sakinlərindən biri 1986-cı ildə dünyasını dəyişən atasından qalan və bu günə kimi saxladığı 1 ədəd tək lüləli ov tüfəngini könüllü polisə təhvil verib.

Bundan başqa Xətai rayon sakini olan daha bir nəfər polisə məlumat verərək aşkar etdiyi 3 ədəd əl qumbarası, 3 ədəd alışqan, 1 ədəd patron darağı və 82 ədəd müxtəlif növ odlu silaha aid partonları polisə təhvil verib.

Məlumat verən vətəndaşlara qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün onlara təşəkkür edilib.

Xəbər lenti

Xəbər lenti