...

Gələn il işsizlərlə bağlı yeniliklər tətbiq olunacaq – Komitə sədri açıqladı

Cəmiyyət Materials 4 Noyabr 2023 15:15 (UTC +04:00)
Gələn il işsizlərlə bağlı yeniliklər tətbiq olunacaq – Komitə sədri açıqladı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcəkdir. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcəkdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, bununla yanaşı məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas istiqamətlərdən biri kimi vahid əmək münasibətləri platforması və ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya sistemi və səyyar monitorinq və yoxlama sistemləri, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı və BACAR innovativ platforması üzrə işlər tamamlanacaqdır.

“Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişlənməsi, o cümlədən, torpaq payı olan vətəndaşlar belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və s. yeniliklərin tətbiq edilməsi işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30%-ə qədər artmasını nəzərdə tutur”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti