Bakı. Trend:
Doğma yurdumuz Laçını bundan sonra qurub yaradacağıq.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Səfər Əliyev deyib.
Onun sözlərinə görə, bu gün onun sevincinin həddi-hüdudu yoxdur. Bu gün doğulduğu, ilk addımını atdığı Laçına geri dönür.
"Mən Laçından çıxanda böyük oğlumun yaşında- 9 yaşında idim. İndi isə 40 yaşında Laçına geri dönürəm. Həm sevincli, həm də kədərliyəm. Ona görə kədərliyəm ki, valideynlərim olmadan Laçına dönürəm. Atamı itirmişəm, anamı isə səhhəti ilə əlaqədar apara bilmirəm. Ona görə sevincliyəm ki, öz doğma yurduma qayıdıram. Ali Baş Komandanımıza uzun ömür, can-sağlığı arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can-sağlığı versin", - deyə o bildirib.
Qeyd edək ki, bu gün də daxil olmaqla Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.