Bakı. Trend:
Vətən həsrətini sözlərlə ifadə etmək olmaz.
Bunu Trend-ə açıqlamasında Zabux kənd sakini Mustafayeva Dursu deyib.
Onun sözlərinə görə, bir insan valideyn, ata-ana, övlad həsrəti çəkə bilər. Amma vətən həsrəti bunların hamısından üstündür.
"Bu günləri bizə yaşadan Ali Baş Komandanımıza can-sağlığı dilərəyirik, Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin, xalqımızı qorusun, bir daha bizə o acı günləri yaşatmasın. Bu gün tam əminliklə öz yurdumuza gedirik. Artıq bütün dünya erməni vandallarının kim olduğunu tanıyır. Artıq dünya onların mənfur hərəkətlərini görməzdən gəlməyəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Laçın rayonu Zabux kəndinə dah 25 ailə (94 nəfər) yola salınıb. Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux rayonuna yola salınıb. Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.