...

Keçmiş məhkum həmkəndlisinin evinə basqın etdi, yaralayıb pul istədi

Cəmiyyət Materials 17 Noyabr 2023 09:43 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxsin ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməsi, daha sonra isə oradan uzaqlaşması ilə bağlı polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb.

Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti