...

MİDA “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2023 19:19 (UTC +04:00)
MİDA “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

20 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirildi.

Öncə Agentliyin inzibati binasında “Heydər Əliyev” guşəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzüldü, əziz xatirəsi ehtiramla yad olundu.

Yığıncaq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Sonra Yeni Azərbaycan Partiyasına həsr edilmiş sənədli film nümayiş etdirildi.

Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin sədri Vaqif Şadlinski, YAP İdarə heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda xalqımızın yanında olan Ümummilli Lider Heydər Əliyevin bu cür taleyüklü məsələdə xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs etdilər.

Qeyd edildi ki, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, ziyalıların müraciətini nəzərə alan Ümummilli Liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən YAP-ın əsas proqramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü iqtisadiyyat yaratmaqdan ibarət olub. Bu gün Azərbaycanın əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının rolu böyükdür.

Ulu Öndərin siyasi varisi olan cənab İlham Əliyev 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Azərbaycan dövləti öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın mübarizə ruhu, əzmkar mövqeyi sayəsində yeni zirvələrə doğru inamla irəliləməyə başladı. Bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyət daşıyan uğurlar əldə olundu. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması – 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir.

Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup ərazi partiya təşkilatına təşəkkürnamə, partiya biletləri təqdim olundu. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti