...

Bakı metrosunda telefon oğurlayan keçmiş məhkum tutuldu

Cəmiyyət Materials 6 Dekabr 2023 09:47 (UTC +04:00)
Bakı metrosunda telefon oğurlayan keçmiş məhkum tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İctimai nəqliyyatda oğurluq edən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə metro stansiyasında bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü V.Qasımlı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti