...

Yaşar Əliyev dəfn edildi (YENİLƏNİB)

Cəmiyyət Materials 9 Dekabr 2023 14:27 (UTC +04:00)
Yaşar Əliyev dəfn edildi (YENİLƏNİB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dəfn olunub.

Trend xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

xxx

14:04

Yaşar Əliyevlə vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərhumun Bakıdakı evində keçiriən vida mərasimində ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirakı edib.

Xatırladaq ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Qeyd edək ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti