...

“Böyük Qayıdış” Proqramı çərçivəsində 100 yaşayış məntəqinisin tikintisi nəzərdə tutulub

Cəmiyyət Materials 22 Dekabr 2023 12:09 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

“Böyük Qayıdış” Proqramı çərçivəsində 100 yaşayış məntəqinisin tikintisi və yenidənbərpası nəzərdə tutulub.

Trend xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şəriflə keçirilən birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, artıq yarıdan çoxunun ərazi planlaşdırılması başa çatıb.

“2024-cü ilin sonu 2025-ci ilin əvvəlinə planlaşdırılma tam başa çatacaq. 2026-ci ildə biz bu fəaliyyəti tam olaraq bitirəcəyik. Ümumdünya Şəhərsalma Forumun Bakıda keçirilməsi real nəticələrimizi göstərmək üçün fürsət olacaq. Forum iştirakçıları istəyə uyğun görülən işləri müşahidə edə biləcək”,- deyə A.Quliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.

Xəbər lenti

Xəbər lenti