...

Ağcabədidə ana və oğlunu maşın vurdu - Ölən var

Cəmiyyət Materials 27 Dekabr 2023 09:35 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə ölümlə nəticələnən qəza baş verib.

Trend xəbər verir ki, dünən saat 18:10 radələrində Ağcabədi - Ağdam yolunun 1-ci kilometrliyində Turqut Quluzadə idarə etdiyi “Lada Priora” markalı avtomobillə ana və oğlunu vurub.

Nəticədə 2016-cı il təvəllüdlü Hüseyn Əlizadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Anası, 1986-cı il təvəllüdlü Xədicə Əliyeva isə baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti