...

Yuxularımızda da biz Laçına qayıdacağımızı görə bilməzdik – Laçın sakini

Cəmiyyət Materials 28 Dekabr 2023 08:22 (UTC +04:00)
Yuxularımızda da biz Laçına qayıdacağımızı görə bilməzdik – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Biz heç yuxularımızda da Laçına qayıdacağımızı görə bilməzdik, şükürlər olsun ki, Prezidentimizin uzaqgörən siyasəti nəticəsində biz indi öz yurdumuza geri dönürük.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Sevgiladə Məmmədova deyib.

Onun sözlərinə görə, bizə bu sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində, cəsur, mərd, igid oğlanlarımızın igidliyi nəticəsində biz öz doğma torpaqlarımızı qazandıq, suverenliyimiz əldə olundu.

“Mən Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can-sağlığı diləyirəm. Laçını tərk edən vaxtı 41 yaşım var idi. İndi isə artıq 73 yaşında öz doğma yurduma qayıdıram. Qalan ömrümü öz torpaqlarımızda yaşayacağıq", - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti