...

Suraxanıda saxlanılan şəxsdən narkotik vasitə aşkarlanıb

Cəmiyyət Materials 13 Fevral 2024 13:50 (UTC +04:00)
Suraxanıda saxlanılan şəxsdən narkotik vasitə aşkarlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Sabir Əhmədli saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxsin üzərindən 3 kiloqram 60 qram narkotik vasitə - marixuana aşkar edilib.

Saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. S.Əhmədli barəsində araşdırmalar davam etdirilir.

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 2 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti