...

Paytaxtda bəzi marşrut avtobuslarının hərəkəti dəyişəcək

Cəmiyyət Materials 25 Fevral 2024 20:52 (UTC +04:00)
Paytaxtda bəzi marşrut avtobuslarının hərəkəti dəyişəcək
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı soyqırımının ildönümü ilə əlaqədar müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər.

Məlumata əsasən, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti