Bakı. Trend:
Xankəndidə silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 5 tüfəng, 49 ədəd qumbara, 61 qumbara alışdırıcısı, 17 ədəd partlayıcı, 236 patron darağı, 12255 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.