...

Türkiyə-Azərbaycan Universitetində təhsil ödənişsiz olacaq

Cəmiyyət Materials 29 Fevral 2024 15:47 (UTC +04:00)
Türkiyə-Azərbaycan Universitetində təhsil ödənişsiz olacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə-Azərbaycan Universitetinə ilkin mərhələdə 100 tələbə qəbulu nəzərdə tutulub.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Hər il qəbul planında 100-200 əlavə yer nəzərdə tutulub. Bu universitetdə təhsil ödənişsiz olacaq. Tədris ingilis və türk dillərində təşkil ediləcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalayıb.

Xəbər lenti

Xəbər lenti