Bakı. Trend:
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sahəsində kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına öz münasibətini bildirib.
Trend xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, insanları bu peşəni seçməyə məcbur etmək düzgün deyil.
“Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır. Gender balansı pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksəriyyəti kişilərdir. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir”, - deyə M.Abbaszadə qeyd edib.