...

Azərbaycanda vərəmli xəstələr üçün ərzaq normaları tətbiq ediləcək

Cəmiyyət Materials 5 Mart 2024 22:27 (UTC +04:00)
Azərbaycanda vərəmli xəstələr üçün ərzaq normaları tətbiq ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 saylı Əlavəyə əsasən, qidalandırılan vərəm xəstələri üçün yeni zənginləşdirilmiş ərzaq normaları mütəxəssislər tərəfindən işlənilir.

Qeyd edilib ki, xəstələrin qidalanmasına xüsusi diqqətin yetirilməsi çox vacibdir. Belə ki, vərəmli xəstələrin sağalmasında onların qidalanması böyük rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti