Bakı. Trend:
İslamofobiya barəsində ciddi tədbirlər görülməsinə ehtiyac var.
Trend xəbər verir ki, bu barədə G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Duram "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Birtərəfli yanaşma effektiv həll yolu deyil. İslamofobiya kimi məsələ ilə üzləşərkən əlimizdən gələni etdik ki, problem kökündən həllini tapsın. Simvolik qanunların qəbul edilməsi kifayət deyildi. Belə bir qərəzli problem qarşısında praktiki tədbirlər görülməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
