...

Qırmızı göldə balıq tutan şəxs suya düşdü (VİDEO)

Cəmiyyət Materials 30 Mart 2024 12:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində Qırmızı göldə bir nəfər balıq tutarkən ehtiyatsızlıqdan suya düşüb və batma təhlükəsi ilə üzləşib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində göldə batma təhlükəsində olan vətəndaş 1964-cü il təvəllüdlü Hacıyev Rahil Zöhrab oğlu dalğıclar tərəfindən xilas edilərək, aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti