...

İçərişəhərdə Mak’TAB məzunlarının təltifetmə mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2024 12:43 (UTC +04:00)
İçərişəhərdə Mak’TAB məzunlarının təltifetmə mərasimi keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ) tərəfindənkeçirilən təltifetmə mərasimində Mak’TAB(Tarixi Abidələrin Bərpası Məktəbi) məzunlarına diplomları təqdim olunub.

Trend xəbər verir ki, təltifetmə mərasiminə qatılan qonaqlar arasında Milli Məclisin üzvləri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyəti, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu rəhbər şəxsləri, eləcə də, Mak’TAB layihəsinin tərəfdaşları, , eləcə də digər dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, universitet rektorları, mədəniyyət və ictimai xadimləri olublar.

Tədbirdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa, Beynəlxalq Muzeylər Şurasının üzvü (BMŞ - ICOM) Erix Pummer, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək layihənin önəmindən bəhs ediblər və Mak’TAB məzunlarına mədəni irsimizin qorunması ilə bağlı gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qonaqlara layihənin hesabat xarakterli videoçarxı nümayiş olunub. Təltifolunma mərasimində həmçinin, Türk Dövlətləri Birliyinin Baş katibi Kubamçıbek Ömürəliyevin və UNESCO yanında Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) vitse-prezidenti Riin Alatalonun tədbir iştirakçılarına video müraciətləri nümayiş olunub.

Qeyd edək ki, icrasına 2022-ci ildən başlanılan Mak’TAB layihəsinin əsas məqsədi tarixi-memarlıq abidələrinin bərpası sahəsində dövlət və özəl qurumlarda fəaliyyət göstərən bərpaçıları bir araya gətirərək, onları beynəlxalq təcrübə ilə tanış etmək, dünyanın qabaqcıl bərpaçılarının tətbiq etdiyi müasir metodları aşılamaq, və bu istiqamətdə əlavə bilik və bacarıqlara yiyələnmələrinə dəstək verməkdir.

Ümumilikdə təşkil olunan 10 tədris modulunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Şuşa Şəhər Dövlət Qoruq İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mədəniyyət Nazirliyinin Qobustan Milli Tarix - Bədii Qoruğu və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, Bakı Abadlıq Xidmətindən, həmçinin digər qurumlardan 28 nümayəndə alman alimi, elmlər doktoru Corc Gilbertə, BMŞ-nin üzvü və “Atelier Erich Pummer” şirkətinin rəhbəriErix Pummer tərəfindənkeçirilən nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, Mak’TAB layihəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Avstriyanın “Atelier Erich Pummer” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti