...

Azərbaycanda bu il yeni doğulan körpələrin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Aprel 2024 12:36 (UTC +04:00)
Azərbaycanda bu il yeni doğulan körpələrin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17081 doğulan körpə qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 10,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz olub. Körpələrdən 594-ü əkiz, 36-sı üçəm doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti