...

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

Cəmiyyət Materials 15 Aprel 2024 14:29 (UTC +04:00)
Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik edilir.

Trend xəbər verir ki, bu, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından Dekstrometorfan və Buprenorfin çıxarılıb.

Dəyişikiyə əsasən, bu maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti