Bakı. Trend:
İnsan faktoru bizim üçün çox önəmlidir və əməkdaşlarımızın bacarıqlarının artırılması üçün təlimlər həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə bu gün “Azercell”in baş direktorunun icraçı müşaviri Okan Çimen “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Rəqəmsal genetikamız- Sabahın bacarıqları” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, ilk növbədə datalarımız etibarlı olmalıdır.
“Biz 5 milyon müştəriyə xidmət göstəririk. Texniki infrastrukundan başqa sevgi mühiti yaradırıq ki, insanlar burada rahat fəaliyyət göstərə bilsinlər. Çalışırıq ki, bu rəqəmsal savadlılığın səviyyəsini artıraq. İlkin planımız gənclərin inkişafıdır”,- deyə O.Çimen bildirib.
Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.