...

Növbəti köç karvanı Şuşa şəhərinə çatdı: mənzillərinin açarları təqdim olundu (YENİLƏNİB)

Cəmiyyət Materials 25 May 2024 15:29 (UTC +04:00)
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı: mənzillərinin açarları təqdim olundu (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Trend xəbər verir ki, 32 ailə olmaqla, 125 nəfər Şuşa sakini doğma yurduna qovuşub.

Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

xxx

14:37

Bu gün səhər saatlarında yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Trend xəbər verir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 32 ailə olmaqla, 125 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Şuşa şəhərində coşqu ilə qarşılanan ailələr doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin məskunlaşması təmin edilib.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti