...

Narkotik çəkib avtomobil idarə edən 3 sürücü saxlanıldı

Cəmiyyət Materials 30 May 2024 09:09 (UTC +04:00)
Narkotik çəkib avtomobil idarə edən 3 sürücü saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabadda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 3 sürücü müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən A.Əsədov, X.Qubadov və T.Zərbalıyev saxlanılıblar.

Müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Xəbər lenti

Xəbər lenti