...

Qobustan və Qubada qaz kəsiləcək

Cəmiyyət Materials 13 İyul 2024 09:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn həftənin bazar ertəsi Qobustan və Quba rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qobustan 5-6-cı massiv” ölçü qovşağında təmir-quraşdırma işləri aparılacaq. Bu səbəbdən iyulun 15-də saat 11:00-dan 13:00-dək “Qobustan” qazpaylayıcı stansiyadan (QPS) qidalanan “Qobustan 5-6-cı massiv” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qobustan Bağlar yaşayış massivinin və 5,6,7–ci massivlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Quba rayonunun 1-ci Nüqədi kəndində orta təzyiqli qaz kəmərində aparılacaq təmir, 2-ci Nüqədi kəndində isə yeni çəkilmiş qaz xəttində quraşdırma işləri səbəbindən iyulun 15-də saat 09:30-dan etibarən işlər tamamlanana qədər qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə Quba rayonunun 17 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti