Bakı. Trend:
"Telegram" messencerinin aktiv istifadəçilərinin sayı 950 milyona çatıb, yaz ayı ilə müqayisədə onların sayı 50 milyon artıb.
Trend-in məlumatına görə, bu barədə messencerin həmtəsisçisi Pavel Durov öz "Telegram" kanalında bildirib.
""Telegram" yazda 900 milyon istifadəçi ilər müqayisədə 950 milyon aylıq aktiv istifadəçi sayına çatıb. Bir milyona gedən yolda!", - deyə bildirilib.
P.Durov daha əvvəl yazmışdı ki, hər ay 900 milyon insan "Telegram"dan istifadə edir, bu rəqəmin yarısı, yəni 450 milyonu gündəlik daxil olur.