Laçın. Trend:
Artıq bu gün yay düşərgəsinin altıncı günündəyik. Bu günə qədər müxtəlif panellər, müxtəlif oyunlar, eləcə də, dünən şəhid ailələri və qazilərlə görüş keçirdik. Ümid edirik ki, növbəti düşərgələrdə də iştirak edəcəyik. Həqiqətən də, televizordan, internetdən, sosial şəbəkələrdən bu ərazilərə baxmaq tam fərqli hissdir.
Bunu Trend-ə V Yay Düşərgəsinin iştirakçısı, Polşada magistr təhsili alan Haldun Əhmədli bildirib.
Həmsöhbətimiz qeyd edib ki, o, əvvəllər Vətən müharibəsi və anti-terror tədbirlərinə dair məlumatları sosial şəbəkələrdən izləyib.
Bu ərazilərdə ilk dəfə olduğunu qeyd edən H.Əhmədli Qarabağ bölgəsində olan yaşayış məntəqələrini unutmayacağını vurğulayıb:
“Biz Xankəndi, Xocalı və Şuşaya getdik. Eləcə də, Qarabağ Universitetini ziyarət etdik. Şuşanın möhtəşəm gözəlliyi, möhtəşəm təbiəti, eləcə də, Laçının, Xocalının möhtəşəm təbiəti bizləri heyran etdi. Onu deyə bilərəm ki, çox möhtəşəm bir hissdir”.